Müxtəlif ərazilərdən taplan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün
xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir. Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.

Dulusçuluq məmulatları Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları - qonşu ölkələrin keramikasından fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək kamillik səviyyəsinə qalxmışdı.
Комментариев нет:
Отправить комментарий