суббота, 29 марта 2014 г.

Qədim Albaniyanın tarixi

Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə.330-cu ildəƏhəmənilər imperiyası dağıldı.Bu imperiyasının dağılmasından sonra onun ərazilərində yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi.Albaniya dövləti e.ə.ıv əsrin axırı-ııı əsrin əv-vəllərində yaranmışdı.                                                                Arxeoloji  qazıntılar zamanı aşkar edilmiş yaşayış binaları,qəbir abidələrindən əldə olunmuş maddi mədəniyyət nümunələri Albaniyada əhali arasında təbəqələşmə olmasını təsdiq edir.Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur.
Albanlar haqqında ilk mə’lumat e.ə.IV əsrə aiddir. Arrian (II əsr) Qavqamel döyüşündən (e.ə.331-ci il) bəhs edərkən İran ordusunda albanların da iştirak etdiyini göstərir. Tarixçilər bu cür yazılardan belə bir qənaətə gəlmişlər ki, artıq e.ə. IV əsrdə Alban dövləti var idi. Paytaxtı əvvəllər Qəbələ (yunan mənbələrində Kabalaka), sonralar Bərdə (erməni mənbələrində Partav) şəhəri olmuşdur. Dağıstana qatılmış Samur-Dərbəndarası bölgə, Ermənistana qatılmış Zəngəzur və Göyçə mahalları da daxil olmaqla indiki şimali Azərbaycan əraziləri Albaniya dövlətinə mənsub idi, lakin Kürlə Arazın qovuşduğu yerdən Xəzərə qədərki hissənin cənubu və Naxçıvan ərazisi əvvəllər Madaya, sonralar Atropatena dövlətinə aid olmuşdur. 
Albaniya - albanların yaşadığı ölkə mə’nasındadır. Sözün əsasında ‘alban’ etnonimi durur. Lakin bir çoxları ‘Albaniya’nı etnotoponim deyil, sadəcə toponim hesab etmişlər. Bu fikir ona görə yanlışdır ki, Albaniyada özünü «alban» adlandıran tayfa var idi və bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı. Təbii ki, çarlıq edən sülalə də bu tayfadan olmuşdur. F.C.Məmmədova ayrıca alban etnosu olduğunu göstərən faktlar müəyyən etmişdir.(49; 362) 
Bir fərziyyəyə görə, albanlar bu əraziyə gəlmədir. Lakin onların nə vaxt gəldikləri barədə mə’umat yoxdur. Bə’zi mülahizələrə görə, onlar sakların bir qoludur və saklarla gəlmişlər. Türk alimləri F.Kırzıoğlu və Şükri Kaya onların e.ə. VII əsrdə saklarla gəldiyini söyləmişlər. Bu fikrin təsdiqi üçün qeyd olunur ki, Orta Asiya və Qazaxıstanda ‘alban’ adlı tayfalar vardır və digər cəhətdən, sakların ən qədim ərazilərində alban adı ilə bağlı toponimlərə rast gəlmək olur. Strabon və Kalankatuklu Moisey isə albanları Qafqazın yerli əhalisi saymışlar, onu şimal əhalisi ilə əlaqələndirmişlər «Şimal əhalisi» dedikdə türklər nəzərdə tutulur. Alban tarixçisi albanları Yafəs nəslindən saymaqla köklü yerli hesab etmişdir. (7; 15) Biz bu fikrin əsaslı olduğunu bildiririk. Çünki Mərkəzi Asiyadan qərbə hərəkət etmiş tayfaların, demək olar ki, hamısı vaxtilə qərbdən gedənlərdir. Qərbdə və şərqdə yaşayan eyni adlı tayfaların ayrıldığı ilk ərazi Ön Asiyadır və bu fikir prinsip e’tibarilə bütün hallarda özünü doğruldur. Albanlar Yuxarı Azərbaycanın əzəli sakinləri olmuşlar. Onların «Bibliya» kitabına düşməsi də təsadüfi deyildir.
Etnik əlaqələrin dəqiqləşdirilməsində geneoloji əfsanələrin roluna xüsusi diqqət yetirən Ç.Qaraşarlı yazır: «Bulqarların ulu əcdadı... X əsr türk şəcərəsində Alp adlanır. Alp Nuhun oğlu Yafətin üç oğlundan biri hesab edilir. Digər iki qardaş həmin şəcərədə Türk və Kimer adlanır.Türk və Kimer konkret qohum xalqları - türkləri və qədim kimerləri təmsil etdiyi kimi, Alp da, sözsüz, müəyyən bir qohum xalqı təmsil edirdi. Həmin mənbədə Alp bulqarların əcdadı hesab edilir. Albanlarla bulqarlar arasındakı mə’lum əlaqələri (Ketari - Kedar və s.) nəzərə alsaq, Alpın bilavasitə albanları təmsil etməsi aşağıdakı müqayisələrin işığında daha aydın görünür: «Alban tarixi» əsərində albanların Ketaridən törəməsi və ketari nəsillərinin həm də şimalda yaşaması haqda mə’lumat ilə bulqarların Şimali Qafqazda sakin olması və onların tərkibində kedar adlı tayfanın olması, Albaniyanın digər əsas tayfası olmuş qarqarların da bulqar mənşəli olub Albaniya ərazisinə şimaldan gəlməsi; «Alban» yer adının Şimali Qafqazda da müşahidə olunması və s.» (41; 179) Bu təəssürat əfsanədən alınsa da, elmi axtarışların nəticələri ilə uyğundur. Bütün tarixi izlər albanların, kimmerlərin və qarqarların türkdilli qohum tayfalar olduğunu təsdiq edir. 
Kimmer, skit və sakların e.ə. VII əsrdə bu ərazidə məskunlaşması, erkən tayfa birlikləri və s. haqqında tarixin çox xəsisliklə verdiyi mə’lumat ümumiləşdirilərək göstərilir ki, artıq «e.ə. IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar»

1 комментарий:

  1. Bir qeyd etmək istərdim. Bəşəri yanaşdıqda ilk insan yaranışı məskənləri-BALKANLAR--MESOPOTAMİYA--ALTAYLARI elmi qəbul etsək dünyanın əksər etnosları biri-digərində oxşar və yaxınlıq var. Sadəcə dini baxışlar müxtəlifliy var.Necə olur xristian düşüncəsində olan bir ALBAN DÖVLƏTİ yoxa cıxır. Hələdə cox qaranlıq mülahizələr və rəvayətlər söylənilir. Həqiqəti nə zaman bilmək olar...

    ОтветитьУдалить