суббота, 29 марта 2014 г.

Qədim Albaniya dövlətinin qonşu dövlətlərlə münasibətləri

Mənbələr Alban dövlətinin antik dövrdə yerli[108][109] sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir.[110] İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər.Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.[111]
Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir.[112] Lakin bu işğal uzun sürməmiş e.ə. 66 – cı ildə II Tiqran Romaa ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur.[113][114] Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur.[115] Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 – cı ildə döyüş olmuşdur.[116][117] Daha sonra İberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.[118]
Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur.[119] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir.[120] Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən
 Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.[121][122][123]

Qədim Albaniyanın tarixi

Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə.330-cu ildəƏhəmənilər imperiyası dağıldı.Bu imperiyasının dağılmasından sonra onun ərazilərində yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi.Albaniya dövləti e.ə.ıv əsrin axırı-ııı əsrin əv-vəllərində yaranmışdı.                                                                Arxeoloji  qazıntılar zamanı aşkar edilmiş yaşayış binaları,qəbir abidələrindən əldə olunmuş maddi mədəniyyət nümunələri Albaniyada əhali arasında təbəqələşmə olmasını təsdiq edir.Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur.
Albanlar haqqında ilk mə’lumat e.ə.IV əsrə aiddir. Arrian (II əsr) Qavqamel döyüşündən (e.ə.331-ci il) bəhs edərkən İran ordusunda albanların da iştirak etdiyini göstərir. Tarixçilər bu cür yazılardan belə bir qənaətə gəlmişlər ki, artıq e.ə. IV əsrdə Alban dövləti var idi. Paytaxtı əvvəllər Qəbələ (yunan mənbələrində Kabalaka), sonralar Bərdə (erməni mənbələrində Partav) şəhəri olmuşdur. Dağıstana qatılmış Samur-Dərbəndarası bölgə, Ermənistana qatılmış Zəngəzur və Göyçə mahalları da daxil olmaqla indiki şimali Azərbaycan əraziləri Albaniya dövlətinə mənsub idi, lakin Kürlə Arazın qovuşduğu yerdən Xəzərə qədərki hissənin cənubu və Naxçıvan ərazisi əvvəllər Madaya, sonralar Atropatena dövlətinə aid olmuşdur. 
Albaniya - albanların yaşadığı ölkə mə’nasındadır. Sözün əsasında ‘alban’ etnonimi durur. Lakin bir çoxları ‘Albaniya’nı etnotoponim deyil, sadəcə toponim hesab etmişlər. Bu fikir ona görə yanlışdır ki, Albaniyada özünü «alban» adlandıran tayfa var idi və bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı. Təbii ki, çarlıq edən sülalə də bu tayfadan olmuşdur. F.C.Məmmədova ayrıca alban etnosu olduğunu göstərən faktlar müəyyən etmişdir.(49; 362) 
Bir fərziyyəyə görə, albanlar bu əraziyə gəlmədir. Lakin onların nə vaxt gəldikləri barədə mə’umat yoxdur. Bə’zi mülahizələrə görə, onlar sakların bir qoludur və saklarla gəlmişlər. Türk alimləri F.Kırzıoğlu və Şükri Kaya onların e.ə. VII əsrdə saklarla gəldiyini söyləmişlər. Bu fikrin təsdiqi üçün qeyd olunur ki, Orta Asiya və Qazaxıstanda ‘alban’ adlı tayfalar vardır və digər cəhətdən, sakların ən qədim ərazilərində alban adı ilə bağlı toponimlərə rast gəlmək olur. Strabon və Kalankatuklu Moisey isə albanları Qafqazın yerli əhalisi saymışlar, onu şimal əhalisi ilə əlaqələndirmişlər «Şimal əhalisi» dedikdə türklər nəzərdə tutulur. Alban tarixçisi albanları Yafəs nəslindən saymaqla köklü yerli hesab etmişdir. (7; 15) Biz bu fikrin əsaslı olduğunu bildiririk. Çünki Mərkəzi Asiyadan qərbə hərəkət etmiş tayfaların, demək olar ki, hamısı vaxtilə qərbdən gedənlərdir. Qərbdə və şərqdə yaşayan eyni adlı tayfaların ayrıldığı ilk ərazi Ön Asiyadır və bu fikir prinsip e’tibarilə bütün hallarda özünü doğruldur. Albanlar Yuxarı Azərbaycanın əzəli sakinləri olmuşlar. Onların «Bibliya» kitabına düşməsi də təsadüfi deyildir.
Etnik əlaqələrin dəqiqləşdirilməsində geneoloji əfsanələrin roluna xüsusi diqqət yetirən Ç.Qaraşarlı yazır: «Bulqarların ulu əcdadı... X əsr türk şəcərəsində Alp adlanır. Alp Nuhun oğlu Yafətin üç oğlundan biri hesab edilir. Digər iki qardaş həmin şəcərədə Türk və Kimer adlanır.Türk və Kimer konkret qohum xalqları - türkləri və qədim kimerləri təmsil etdiyi kimi, Alp da, sözsüz, müəyyən bir qohum xalqı təmsil edirdi. Həmin mənbədə Alp bulqarların əcdadı hesab edilir. Albanlarla bulqarlar arasındakı mə’lum əlaqələri (Ketari - Kedar və s.) nəzərə alsaq, Alpın bilavasitə albanları təmsil etməsi aşağıdakı müqayisələrin işığında daha aydın görünür: «Alban tarixi» əsərində albanların Ketaridən törəməsi və ketari nəsillərinin həm də şimalda yaşaması haqda mə’lumat ilə bulqarların Şimali Qafqazda sakin olması və onların tərkibində kedar adlı tayfanın olması, Albaniyanın digər əsas tayfası olmuş qarqarların da bulqar mənşəli olub Albaniya ərazisinə şimaldan gəlməsi; «Alban» yer adının Şimali Qafqazda da müşahidə olunması və s.» (41; 179) Bu təəssürat əfsanədən alınsa da, elmi axtarışların nəticələri ilə uyğundur. Bütün tarixi izlər albanların, kimmerlərin və qarqarların türkdilli qohum tayfalar olduğunu təsdiq edir. 
Kimmer, skit və sakların e.ə. VII əsrdə bu ərazidə məskunlaşması, erkən tayfa birlikləri və s. haqqında tarixin çox xəsisliklə verdiyi mə’lumat ümumiləşdirilərək göstərilir ki, artıq «e.ə. IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar»

Albaniyanın mədəniyyəti

Müxtəlif ərazilərdən taplan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün



xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir. Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.


Dulusçuluq məmulatları Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları - qonşu ölkələrin keramikasından fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək kamillik səviyyəsinə qalxmışdı.